Çin hökuməti müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda çadranın geyinilməsinə qadağa qoyub. APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, rəsmi qurumlar bu addımı ekstremizmlə mübarizə ilə əlaqələndiriblər.
Yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək. Bundan başqa, çinlilər üçün xas olmayan saqqal saxlamağa da qadağa qoyulub.
Əyalətin bir neçə rayonunda qadağa artıq tətbiq edilir. Belə ki, çadralı qadınların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir.
“Övladlarına elm və mədəniyyətə hörmət aşılamaq üçün valideynlər tərbiyə prosesində əxlaqi davranış nümayiş etdirməlidirlər. Uşaqlara etnik birliyi dəstəkləməyi, ekstremizmdən imtina etməyi və ona qarşı çıxış etməyi öyrətməlidirlər”, - deyə sənəddə qeyd olunur.