<b>Bu sosial şəbəkə və poçt xidmətinin fəaliyyəti dayandırıldı</b>
03 aprel 2019 19:27 (UTC +04:00)

Bu sosial şəbəkə və poçt xidmətinin fəaliyyəti dayandırıldı

“Google” şirkəti “Google+” sosial şəbəkəsini və “Inbox” poçt xidmətinin işini dayandırıb. 
 
Lent.az ictnews-a istinadla bildirir ki, hazırda “plus.google.com” ünvanına daxil olduqda  “Google+” xidmətinin daha adi istifadəçilər və brend hesabları üçün əlçatan olmadığı barəsində məlumat göstərilir.
 
2018-ci ilin dekabrında internet nəhəngi 2019-cu ilin aprelində “Google+” şəbəkəsinin adi istifadəçilər üçün əlçatmaz olacağını elan etmişdi.
 
“Google Photo” xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək. Lakin “Google+” xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər. Hələ ki materiallar silinməyib, onları “Google+”dən yükləmək olar.
 
“Inbox.google.com” səhifəsinə daxil olduqda isə “Gmail” xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, “Inbox” poçt xidmətinin dəstəyi 2019-cu ilin martında bitib və 
 
“Inbox”un bir sıra populyar funksiyaları artıq “Gmail”də əlçatandır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar