[b]Almaniyada qaçqın mərkəzində yanğın: 50 yaralı[/b]
06 yanvar 2017 01:54 (UTC +04:00)

[b]Almaniyada qaçqın mərkəzində yanğın: 50 yaralı[/b]

0

Almaniyanın qərbindəki qaçqın mərkəzlərindən birində yanğın nəticəsində 50-dən çox miqrant xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  insident Höfelhof şəhərində (Şimali Reyn-Vesfaliya torpağı) 500-dək qaçqının müvəqqəti yerləşdirildiyi keçmiş hərbi kazarmalarda baş verib.

 

Polisin məlumatına görə, ağır xəsarət almış bir neçə şəxs xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerindəcə göstərilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar