ABŞ-da kollecdə atışma xəbəri yalan çıxdı  - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2018 01:35 (UTC +04:00)

ABŞ-da kollecdə atışma xəbəri yalan çıxdı - YENİLƏNİB

0

ABŞ-ın Vaşinqton ştatında kollecdə silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kent şəhərinin polisi açıqlama yayıb.

 

“Highline” kollecində silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb”, məlumatda deyilir.

 

 

***

 

ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollecin yataqxanasının ərazisində qeydə alındığı bildirilir.

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

 

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar