“Şimali Atlantika Alyansının genişlənməsi Rusiyanın sərhədlərinə bir addım da yaxınlaşması deməkdir”.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 19-da Rusiya telekanallarından birinə müsahibəsində deyib.
Onun sözlərinə əsasən, NATO-nun genişlənməsi Rusiya üçün ciddi təhlükə yaradacaq: “NATO hərbi təşkilat olaraq qalacaq. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə məcburdur”.
Ukraynanın bu alyansa birləşməsinin mümkünlüyünə münasibət bildirən Peskov deyib: “Biz ümid edirik ki, bu ölkə NATO-ya üzvlüyü hələ nəzərdə tutmayıb”.