Avqustun 29-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin pilotsuz təyyarəsi Yəmənin Əl-Bayda regionunda terrorçuların olduğu avtomobilə raket zərbəsi endirib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, raket zərbəsi nəticəsində 3 terrorçu ölüb.
Məhv edilənlər terrorçulardan birinin “Əl-Qaidə” terror təşkilatının Ərəb yarımadasındakı şəbəkəsinin lideri Kaid əl-Dahab olduğu açıqlanıb.