Almaniyanın “Deutsche Bank”-ı vergidən yayındığına görə ABŞ-a 95 milyon dollar həcmində cərimə ödəyəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.
“ABŞ hökuməti “Deutsche Bank”-ı vergidən yayınma hərəkətlərini sübuta yetirərək 95 milyon dollar həcmində cərimə ödəməsini tələb edib”, məlumatda deyilir.
Məlumata əsasən, Almaniya bankı saxta şirkət vasitəsi ilə 2000-ci ildə ABŞ-ın vergi qanunvericiliyini pozmağa cəhd edib.