“Azadlıq” radiosunun jurnalisti Krımda oğurlandı
19 mart 2014 15:05 (UTC +04:00)

“Azadlıq” radiosunun jurnalisti Krımda oğurlandı

Krımda naməlum şəxslər Ukraynanın “Azadlıq” radiosunun jurnalisti Lev Steki oğurladıqdan sonra boş əraziyə tullayıblar. Lent.az-ın məlumatına görə, jurnalistin özü açıqlamasında yarımadaya martın 16-da gəldiyini bildirib.

 

Bundan 2 gün sonra isə Baxçasarayda naməlum şəxslər onu avtobusdan çıxararaq, qandallayıblar və başına kisə keçiriblər. Daha sonra həmkarımız avtomobilin arxa oturacağına atılıb. O, avtobusdan çıxarılarkən sərnişinlər heç kim müdafiəsinə qalxmayıb. Uzun müddət avtomobildə gəzdirildikdən sonra Stekin telefon kartları və kamerası alınıb və çölə atılıb. Ona Krıma bir daha gəlməməsi məsləhət görülüb.

 

Stek bir müddət sonra başına gələnləri danışa bilib. Çünki o, “sivilizasiyalı məkan”adək uzun yol qət etməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar