Azərbaycanlı qadın Türkiyədən deportasiya edildi - <span style="color:red;">ŞOK SƏBƏB
02 iyul 2019 13:57 (UTC +04:00)

Azərbaycanlı qadın Türkiyədən deportasiya edildi - ŞOK SƏBƏB

Türkiyənin Karaman şəhərində fahişəliklə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı qadında QİÇS xəstəliyi aşkarlanıb.
 
Lent.az-a Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 35 yaşlı Natəvan M. saxlanıldıqdan sonra deportasiya edilib. 
 
Qeyd edək ki, Karaman Polis İdarəsi Asayiş Şöbəsi İdarəsinə bağlı Əxlaq Büro Rəisliyi komandası Mehmet D. (50 yaş), Həsən Hüseyn D. (53 yaş) ilə Erdal Y-nin (46 yaş) əcnəbi qadınları məmləkətlərinə gətirdiyi və avtomobildə fahişəliyə cəlb etdirdiyi məlumatını alıb. Daha sonra hərəkətə keçən polis onları yaxalayıb.
 
Hadisə nəticəsində saxlanılan Havva C. və Natəvan M. adlı qadınların ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Azərbaycanlı qadın Natəvan M. isə deportasiya edilib. Məhkəməyə göndərilən digər şəxslər isə sərbəst buraxılsa da, onlar barədə istintaq prosesi başladılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4298
avatar

Oxşar yazılar