Dünyanın ən güclü bilgisayarları hesab olunan yeni nəsil kompütürlər satışa çıxarılacaq.
Lent.az Financial Times-a istinadən bildirir ki, masa üstü kompüterlərin 30 ilə hesablayacağı rəqəmləri 1 saata hesablayan bilgisayarlara “Zirvə” (The Summit –red.) adı verilib.
Super kompütürlərin ilkin satışı qiyməti isə 200 milyon dollar olacaq.
“Zirvə”nin dünyanın ilk super bilgisayarı olan Çinin Sunway TaihuLight-na rəqib olacağı bildirilir.
Super kompüter eyni anda 4 600 fərqli serverdən gələn məlumatları işləmək gücündə olacaq.