105 əsgərin həyat yoldaşı saxlanıldı - <span style="color:red;">FETÖ ittihamı
05 yanvar 2017 13:36 (UTC +04:00)

105 əsgərin həyat yoldaşı saxlanıldı - FETÖ ittihamı

Ankara Respublika Prokurorluğu tərəfindən Türkiyənin 31 şəhərində FETÖ istintaqı çərçivəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, əməliyyat zamanı 15 iyun hərbi çevrilişində aktiv olduqları iddia edilən və FETÖ terror təşkilatına mənsub olduqları təsdiqlənən 105 əsgərin həyat yoldaşı haqqında saxlanılma qərarı çıxarılıb.

 

Saxlanılan şəxslərdən bəzilərinin araşdırma mərkəzi, müəllim, sosioloq, məsləhətçi, kompüter mühəndisi kimi bəzi ictimai sahələrdə işlədiyi müəyyən edilib.  

 

Şübhəlilərdən 2-nin həyat yoldaşının polkovnik, 14-nün podpolkovnik, 10-nun minbaşı, 40-nın yüzbaşı və 4-nün baş leytenant olduğu deyilir. Şübhəlilər sırasında FETÖ təşkilatının hesabına pul köçürmələri edən, Bank Asiyada pul hesabı olanlar, Bylock istifadə edənlər də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar