Xarabalığa çevrilən XARKOV -  FOTOLENT   - VİDEO
04 mart 2022 17:44 (UTC +04:00)

Xarabalığa çevrilən XARKOV - FOTOLENT - VİDEO

Rusiya qoşunları Xarkov şəhərinin dinc məhəllələrini və regionun yaşayış məntəqələrini atəşə tutmağa davam edir, nəticədə çoxlu yanğınlar və dağıntılar baş verir.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, Xarkov vilayəti polisinin məlumatına görə, atəş və döyüş əməliyyatları zamanı 157 nəfər, o cümlədən 4-ü uşaq olmaqla 100 mülki şəxs həlak olub.

Fevralın 24-dən indiyədək Xarkov vilayətini hücumdan müdafiə edərkən 29 əsgər, 4 polis əməkdaşı, 5 Milli Qvardiyaçı, Dövlət Sərhəd Xidmətinin 4 əməkdaşı, Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin bir əməkdaşı, eləcə də 14 ərazi müdafiəsi döyüşçüsü həlak olub. 

Atışma zamanı 74 nəfər yaralanıb.


 

 

Rusiya ordusununu viran günə qoyduğu Xarkov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3970

Oxşar yazılar