Rusiyanın Ulyanovska vilayətində iki avtomobilin iştirakı ilə qəza baş verib.
Lent.az xəbər verir ki, bu barədə Regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Volqa” və “BMW” markalı avtomobilləri toqquşub.
Nəticədə ikisi uşaq olmaqla yeddi nəfər xəsarət alıb.
Qəza oktyabrın 8-də axşam saatlarında Kamışinskaya və Şolmova küçələrinin kəsişməsində baş verib.
Yol polisi əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.