Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib
Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, bir nəfər yaralanıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yaralanan diplomatik missiyanın əməkdaşıdır.
Səfirliyin əməkdaşının yüngül xəsarət aldığı bildirilir.
Hələlik səfirliyin özündən heç bir şərh verilməyib. Partlayışın səbəbi hələlik məlum deyil.
"RİA Novosti"nin İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, məktubda partlayıcı qurğu gizlədilib.
Ukraynanın Madriddəki səfirliyində partlayan qurğu zərfdə gizlədilib. Bu cür təfərrüatları hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "El Confidencial" yayıb.