Ukrayna Silahlı Qüvvələrinin üç təyyarəsi Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
Konaşenkovun sözlərinə görə, təyyarələr Zmeynıy adası ərazisində, həmçinin Ukraynanın Xerson və Dnepropetrovsk vilayətlərində vurulub.
Açıqlamaya əsasən, vurulan təyyarələr “Su-24”, “Su-25” və “Su-27”dir.
Konaşenkov onu da bildirib ki, Rusiya hərbçiləri Ukraynanın 14 pilotsuz uçuş aparatını məhv edib.