Ukraynada  zəlzələ   oldu
27 fevral 2023 12:22 (UTC +04:00)

Ukraynada zəlzələ oldu

0

Ukraynanın Zakarpatye vilayətində, Mukaçevo şəhərindən təxminən 20 kilometr qərbdə yerləşən Velikaya Dobron kəndi yaxınlığında 3,3 bal gücündə zəlzələ baş verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə RBC-Ukraynanın Baş Xüsusi Nəzarət Mərkəzi xəbər verib.

Zəlzələ iki kilometr dərinlikdə baş verib və qab-qacaq, pəncərə və mebellərin titrəməsinə, döşəmənin və divarların cırıltısına səbəb olub. Amma əhali üçün təhlükə yaratmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2164

Oxşar yazılar