Ukraynada təklif: Gürcüstan Sakartvelo   adlandırılsın
27 may 2023 07:24 (UTC +04:00)

Ukraynada təklif: Gürcüstan Sakartvelo adlandırılsın

Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılmasını təklif edib.

Lent.az-ın məlumatına görə, qanun layihəsinə izahat yazısında qeyd olunur ki, ölkədə rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi adı təqdim edilməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq Kartvellər adlandırılması təklif edilir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin “ruslaşmış” adından da xilas olacaq.

Sakartvelo "Kartvel ölkəsi" - Zaqafqaziyanın avtoxton əhalisi kimi tərcümə olunur. Əksər dillərdə ölkə Gürcüstan dövlətinin latın adından götürülüb.

2021-ci ildə Litva Dili üzrə Dövlət Komissiyası rəsmi olaraq Gürcüstanı Sakartvelo adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar