Jurnalistlər Ukraynada 15 136 rus əsgərinin öldüyünü təsdiqləyə biliblər.
Lent.az bildirir ki, bu barədə “Meduza” məlumat yayıb.
İnformasiyanın açıq məlumatlar əsasında toplandığı qeyd edilir.
Ölənlər arasında 1200-dən çoxu səfərbər edilib, 1300-dən çox məhbus, 1800-dən çox zabit, 199 yüksək rütbəli zabit - polkovnik-leytenantlar, polkovniklər və generallar var.
Qeyd olunur ki, Ukraynaya qarşı müharibə ili ərzində Rusiya Əfqanıstan müharibəsi zamanı Sovet İttifaqından daha çox hərbçi itirib, rəsmi məlumatlara görə, o vaxt 15051 nəfər həlak olub.
Eyni zamanda, jurnalistlərin fikrincə, Rusiyanın Ukraynadakı itkilərinin real səviyyəsi daha yüksəkdir, çünki elan edilmiş rəqəmdə yalnız açıq şəkildə təsdiqlənmiş hallar nəzərə alınıb.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovun iddiasına görə, bir il ərzində Rusiya Əfqanıstandakı 10 illik müharibədən 10 dəfə çox əsgər itirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan və 2023-cü il fevralın 24-nə Ukraynada 146 820 Rusiya hərbçisi həlak olub.