Vladimir Zelenski
03 dekabr 2023 15:00 (UTC +04:00)

Vladimir Zelenski

Ukraynada məmurların və deputatların səfərbər olunmasını ilə bağlı petisiyaya baxılacaq

Deputatların və məmurların hərbi xidmətə cəlb edilməsində dövlətə xəyanətdə ittiham olunan deputat Aleksandr Dubinskinin Ali Radaya təqdim etdiyi qanun layihələrinin dərhal nəzərdən keçirilməsi yolu ilə ədalətli səfərbərliyə çağıran Ukrayna prezidentinə müraciəti məcburi baxılması üçün lazım olan 25 min səs toplayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytında məlumat verilib.

"Biz Ukrayna Prezidentinə vətəndaşların, xüsusən də Ukraynanın xalq deputatları və dövlət qulluqçularının ədalətli səfərbərliyinə töhfə verəcək qanun layihələrinin təcili olaraq müəyyən edilməsi tələbi ilə müraciət edirik", - müraciətin mətnində deyilir.

Ukrayna liderinə müraciətin müəllifi hazırda dövlətə xəyanətdə ittiham olunan və həbsdə olan deputat Dubinski olub. Mətndə o qeyd edib ki, dövlət məmurlarına və deputatlara səfərbərlikdən yayınmağa imkan verən mövcud qaydalar sosial gərginliyə mənfi təsir göstərir və eyni zamanda vətəndaşların konstitusiya qarşısında bərabərliyini pozur. O, avqust ayından Ali Radaya parlamentarilərin və məmurların səfərbər edilməsi haqqında qanun layihəsi təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Oxşar yazılar