Ukraynada 20 minə yaxın kişi  hərbi xidmətdən   qaçıb 
17 noyabr 2023 17:39 (UTC +04:00)

Ukraynada 20 minə yaxın kişi hərbi xidmətdən qaçıb 

Müharibə başlayandan bəri təxminən 20 min kişi hərbi xidmətdən yayınmaq üçün Ukraynanı tərk edib. 

Lent.az bildirir ki, bu barədə BBC məlumat yayıb. Qaçaqların sərhədi qanunsuz, xüsusən də çaylardan istifadə etməklə keçdikləri bildirilir.  

Qaçmağa çalışan daha 21 113 kişini Ukrayna sərhədçiləri yaxalayıb.

Jurnalistlər ailəsini ziyarət etmək, təhsil almaq və ya sadəcə çörəkpulu qazanmaq üçün xaricə gedən bir neçə qaçaqla söhbət ediblər.

Nəşr Rumıniya, Moldova, Macarıstan, Slovakiya və Polşanın hakimiyyət orqanlarına da sorğular göndərib.

Məlum olub ki, 2022-ci ilin fevralından 2023-cü il avqustun 31-dək Ukraynadan olan 19 740 kişi bu ölkələrlə sərhədləri qanunsuz keçib. Əksəriyyət (14 313 nəfər) piyada və ya üzgüçülük yolu ilə sərhədi keçməyə cəhd göstərib, qalan 6 800 nəfər isə xəstəlik kimi saxta istisnaları göstərən saxta yolla əldə edilmiş rəsmi sənədlərə istinad ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3747
avatar

Oxşar yazılar