Ukraynaya PUA hücumu , Ölənlər və yaralılar var-YENİLƏNİB
25 may 2025 10:10 (UTC +04:00)

Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var-YENİLƏNİB

Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.

Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.

Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.

***

saat 05.26

Rusiya ordusu PUA-larla Ukraynanın bir neçə şəhərinə hücum edib, bir çox bölgədə və Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə vurulmuş PUA hissələri çoxmərtəbəli binanın üzərinə düşüb və nəticədə binanın həmin hissəsinin qismən dağılması qeydə alınıb.

PUA-nın düşdüyü yerdə həmçinin yanğın baş verdiyi, hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

Bundan əlavə, Nikolaevskiy vilayətində də partlayışlar qeydə alınıb.

Xarkovda da partlayış səsləri eşidilib. Şəhərin meri İqor Terexov bildirib ki, PUA düşən yerlərin birində yanğın baş verib.

Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb. Bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.

"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.

Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.

Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar

Qonşu ölkədə güclü zəlzələ oldu

Qonşu ölkədə güclü zəlzələ oldu

25 may 2025 , 10:28
Moskva hava limanları fəaliyyəti dayandırdı

Moskva hava limanları fəaliyyəti dayandırdı

25 may 2025 , 04:25
Maskdan gözlənilməz qərar -  Qayıdır

Maskdan gözlənilməz qərar - Qayıdır

24 may 2025 , 23:28
Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02
Rusiya Odessanı ballistik raketlərlə  vurdu: ölənlər var

Rusiya Odessanı ballistik raketlərlə vurdu: ölənlər var

23 may 2025 , 23:23
Kişi arvadının ögey atası  oldu - GÖRÜN NECƏ?

Kişi arvadının ögey atası oldu - GÖRÜN NECƏ?

23 may 2025 , 18:56