Masaj salonlarında "Şah-Mat" ƏMƏLİYYATI:  74 qadın "əsirlikdən"  QURTARILDI
24 may 2025 18:48 (UTC +04:00)

Masaj salonlarında "Şah-Mat" ƏMƏLİYYATI: 74 qadın "əsirlikdən" QURTARILDI

Türkiyədə masaj salonlarında əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, “Şah-Mat” adlı əməliyyatlar Konya şəhərində 10 müxtəlif ünvanda baş tutub. Nəticədə 28 şübhəli saxlanılıb, fahişəliyə məcbur edilən 74 qadın isə xilas olunub.

Məlumata görə, Konya prokurorluğunda açılan cinayət işi üzrə polis əməliyyatları keçirmək üçün 3 aylıq plan qurub. 3 aylıq kəşfiyyatdan sonra 90 dəstədən ibarət 239 polisin iştirakı ilə 10 fərqli ünvanda eyni anda əməliyyatlar başlayıb.

Masaj salonlarından Türkiyə, Ukrayna, Gürcüstana məxsus külli miqdarda pullar, kameralar, silah-sursat və narkotiklər aşkarlanaraq götürülüb.

Saxlanılan 28 nəfərdən 7-si şərti azadlığa buraxılsa da, 21 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar