Maskdan gözlənilməz qərar -  Qayıdır
24 may 2025 23:28 (UTC +04:00)

Maskdan gözlənilməz qərar - Qayıdır

Amerikalı sahibkar İlın Mask, ona məxsus “X” sosial şəbəkəsində baş vermiş genişmiqyaslı nasazlıqdan sonra şirkətlərinə daha çox diqqət yetirməyi planlaşdırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, Mask bu haqda öz “X” hesabında məlumat verib.

“Mən, 24/7 rejimində işləməyə, konfrans zallarında, server otaqlarında və sexlərdə yatmağa qayıdıram. Mən “X”-ə, süni intellekt startapı olan “xAI”-ya, avtomobil istehsalı şirkəti Tesla-ya, həmçinin gələn həftə planlaşdırılan “Starship” raketinin buraxılışına çox diqqət yetirməliyəm. Çünki biz kritik önəmli texnologiyalar tətbiq edirik. Bu həftə “X” platformasında baş verən nasazlıqlar əməliyyatlarda yaxşılaşdırmanın zəruriliyini göstərdi,” – o bildirib.

Qeyd edək ki, şənbə günü ABŞ-da təxminən 25,8 min istifadəçi “X” platformasında problemlər olduğunu bildirib. Nasazlıqlar həmçinin Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962

Oxşar yazılar