12-ci mərtəbədən  yıxılan yaş yarımlıq qız sağ qaldı
24 may 2025 11:41 (UTC +04:00)

12-ci mərtəbədən yıxılan yaş yarımlıq qız sağ qaldı

Şimali Osetiyada azyaşlı binadan yıxılıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə paytaxt Vladiqafqazın Kesayeva küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. 

Nəzarətsiz qalan yaş yarımlıq qız pəncərəyə çıxıb. Uşaq ağcaqanad toruna söykənib və onunla birlikdə 12-ci mərtəbədən yıxılıb.

Möcüzə kimi görünsə də, uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib. Qızın vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil. Respublika İstintaq Komitəsi və prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar