Ukrayna Silahlı Qüvvələri "Boqdan Xmelntski"Əlahiddə Prezident Briqadasının rəhbərliyi azərbaycanlı iş adamını təltif edib.
Lent.az xəbər verir ki, iş adamı Oqtay Əfəndiyevə Ukrayna Prezident Briqadasının rəhbərliyi və şəxsi heyəti adından “Təşəkkürnamə” verilib.
“Təşəkkürnamə”də bu sözlər yazılıb:
“Bu gün sizi öz sadiq dostlarımız adlandırmaq şərəfinə nail olduq. Allah-təala nəcib əməllərinizə ilham versin. Uzun illər hamı üçün bir nümunə yaradaraq, Ukraynaya fədakarlıq və sevgi nümunəsi yaratmış oldunuz. Siz öz səmimi əməllərinizlə dövlətin müdafiə qabiliyyətini gücləndirərək, hərbçilərimizə inamla qələbəyə doğru getmək imkanı verirsiniz.
Dəstəyinizə görə təşəkkür edirik".