Parisin Ukraynaya göndərdiyi “AMX-10RC” təkərli tanklarI həftə sonunda təhvil veriləcək.
Lent.az-ın məlumatına görə, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” nəşrinə müsahibəsində deyib.
“Bu tanklar həftənin sonunda təhvil veriləcək”, - deyən nazir şəxsi heyətin hazırlığının başa çatdığını bildirib.
Eyni zamanda, Lekornu çatdırılacaq tankların sayını dəqiqləşdirməyib. “Forces Operations” nəşri yazır ki, Kiyev 14 zirehli maşın alacaq.