Bu gün səhər saat 7 radələrində Moskva Dəmir Yollarının Yaroslavl istiqamətində yerləşən İvanteevka stansiyasında üç nəfər elektrik qatarının altında qalıb.
Lent.az xəbər verir ki, bu barədə Moskva Regional Nəqliyyat polisinin yaydığı məlumatda bildirilib.
Hadisə sərnişinlərin stansiyasının platformasına qalxmaq istəyərkən baş verib.
Onların hər üçü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanılıb.