Türkiyənin məşhur kurort şəhərinə  qar yağdı
06 aprel 2023 14:22 (UTC +04:00)

Türkiyənin məşhur kurort şəhərinə qar yağdı

Cümə axşamı səhər Türkiyənin Egey dənizi sahilindəki Çeşmə kurort şəhərinə aprel ayı üçün qeyri-adi qar yağıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, inzibati cəhətdən kurortun daxil olduğu İzmir şəhərinin meri Tunç Soyer bu təbiət hadisəsini “iqlim böhranı” adlandırıb.

"Gördüyümüz mənzərə göstərir ki, iqlim böhranı qapımızı döymür, artıq həyatımızdadır", - o, “Twitter”də yazıb.

Merin sözlərinə görə, ildırımla müşayiət olunan leysandan sonra qar və dolu yağıb, turistlər arasında populyar olan yerli çimərliklər qarla örtülüb. O, həmçinin bildirib ki, səlahiyyətlilər küçələri təmizləmək və avtomobilləri yolda qalan sürücülərə kömək etmək üçün addımlar atıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar