Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri yekunlaşmaq üzrədir.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib.
O, 114 834 nəfərin dağıntılar altından sağ çıxarıldığını qeyd edib.