Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 nəfər barəsində araşdırma aparılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Diyarbəkirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, barəsində araşdırma aparılan şəxslərdən 184-ü saxlanılıb, 55-i isə artıq həbs edilib.