Malatyada 26 nəfərin öldüyü binanın rəhbəri saxlanılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Türkiyədəki “əsrin fəlakəti” adını almış zəlzələlərdən sonra dağılan binalarda aparılan araşdırmalar zamanı daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, 25 mənzildən ibarət olan “Bulutlar” binasının rəhbəri Bursa şəhərində saxlanılıb. Qeyd olunub ki, bu istiqamətdə araşdırmalar davam etdirilir.