Şaban Özdil
17 noyabr 2021 19:31 (UTC +04:00)

Şaban Özdil

Türkiyədə "peyğəmbər"ə hökm oxundu - FOTO

Türkiyədə özünü peyğəmbər kimi təqdim edib insanları aldadan Şaban Özdilə hökm oxunub.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Şaban Özdil özünü “Rafət Əfəndi” adlı peyğəmbər kimi təqdim edərək 9 nəfəri aldadıb. O, həmin şəxsləri “dini inanc və duyğuların istismar edilərək dələduzluq” etməkdə təqsirli bilinib. Onun barəsində Kocaeli Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 1 ay 15 gün azadlıqdan məhrumetmə və 19 min 660 lirə (təxminən 3314 manat) məbləğində cərimə cəzası təyin edilib.

Qeyd edək ki, “Rafət Əfəndi” 2019-cu ilə qədər 9 insana cənnət vəd edərək, onların pulunu, avtomobilini və evini əlindən alıb.

Şaban Özdil saxlanılarkən

Saxta peyğəmbərin evində əməliyyat

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Mehman Nəbiyev

Oxşar yazılar