Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 nəfərlik MOSSAD agent şəbəkəsinə qarşı əməliyyat keçirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, MİT-in 200 nəfərlik personalı 15 nəfərlik şəbəkəni 1 il mütəmadi izləyib.
Məlumata görə, MOSSAD-ın üzvü olan 15 nəfərin içərisində fələstinli tələbələr də var. Onların hansı yolla Türkiyəyə gəldiyi araşdırılır. Bildirilir ki, həmin şəxslər ölkənin müdafiə sənayesinin fəaliyyətini izləyərək, aparılan işləri pul qarşılığında casusluq etdikləri şəbəkəyə ötürüblər.
Keçirilən əməliyyatlar zamanı 6 rus və özbək casus saxlanılaraq həbsxanaya göndərilib.