Türkiyədə cinayətkar qruplaşmalar arasında atışma olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, paytaxt Ankarada illərdir aralarında rəqabət olan iki cinayətkar qrup arasında qanlı atışma baş verib. Nəticədə qruplaşma liderlərindən biri İ.A.nın yanında olan bir nəfər, digər qruplaşma lideri Ü.L.nın yanında olan iki nəfər həlak olub.
Mafiyalara qarşı əməliyyat
Şəhər polisinin faktla əlaqədar 5 qəsəbədə keçirdiyi əməliyyatlar nəticəsində 29 nəfər saxlanılıb. Onlardan külli miqdarda odlu silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb.
Əməliyyat nəticəsində mütəşəkkil dəstə lideri Ü.L.nın saxlanılaraq yenidən cəzaçəkmə müəssisəsinə göndərildiyi bilinir. Qeyd olunur ki, Ü.L. həbsdə olarkən onun azadlıqda olan adamı M.Y. idarəetməni ələ alaraq, külli miqdarda narkotik maddə və silah-sursat gətirdiyi ortaya çıxıb.