Türkiyədə zəlzələ olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, zəlzələ Aralıq dənizində, 9 kilometrdən çox dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar ən çox Antalyada, xüsusən, şəhərin Alanya qəsəbəsində müşahidə olunub.
Türkiyənin Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, zəlzələnin gücü 6 bal olub.
Dağıntılar və ya insan tələfatı barədə hələlik açıqlama verilməyib.