Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu
24 aprel 2021 20:21 (UTC +04:00)

Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu

Türkiyə Baydenin "erməni soyqırımı" ifadəsinə ETİRAZ ETDİ

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.

 “Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4011
avatar

Oxşar yazılar