Çikaqoda “Tramp Tower” binasına silahlı qadın daxil olub.
Lent.az xəbər verir ki, bu barədə “Chicago Sun-Times” polisə istinadən məlumat yayıb.
Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb olunub.
Qadın hələ də saxlanılmayıb.
Ölənlər və yaralananlar barədə məlumat yoxdur.
İlkin məlumata görə, hadisə məişət xarakterlidir və terror aktı deyil.
Məlumata görə, silahlı qadın ərinin pis rəftarından bezdiyini deyərək hotelə daxil olub.