ABŞ administrasiyası Çin höküməti ilə ölkədə TikTok sosial şəbəkəsi ətrafındakı vəziyyəti müzakirə edəcək.
Lent.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Florida ştatından Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərlə söhbətində deyib.
“Bir çox insan TikTok-la maraqlanır və bizim yaxşı iş görmək şansımız var, biz Çinlə də danışacağıq. TikTok-u ayaqda saxlamaq və onu əla iş görəcək birinə satmaq əla olardı", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-də TikTok-un bloklanmasının gecikdirilməsinin uzadıla biləcəyini bildirmişdi.