ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib.
APA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
“Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Entoni Blinken, Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”, - sərəncamda deyilir:
Siyahıda sabiq milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin qızı Elizabet və bir çox başqalarının da adları daxil edilib.
Həmin şəxslərə ABŞ-ın bir sıra mühafizə olunan obyektlərinə daxil olmaq da qadağandır.