Keniyada avtobus çay üzərindəki körpüdən keçərkən aşıb.
Lent.az yerli “The Star” qəzetinə istinadən xəbər verir ki, hadisə sahilə az qalmış baş verib.
Çayın sürətlə axını avtobusun aşmasına səbəb olub. Hadisə nəticəsində 23 nəfər ölüb. Ölənlər arasında uşaqlar da var. Ölənlərin 15 nəfəri bir ailənin üzvləridir.
Xilasedicilər 12 nəfəri xilas edə biliblər. Onların toy şənliyinə getdiyi bildirilib.
54 yerlik avtobusda neçə nəfərin olduğu hələ müəyyən edilməyib.
Çayın iti axması xilasetmə işlərinə maneə yaradır.