Banqkokdakı Siam Paragon ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə “The Reporters” telekanalı polisə istinadən məlumat yayıb.
Ölənlərdən ikisi Çin və Myanma vətəndaşıdır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yerli polisə yerli vaxtla saat 16:20-də Banqkok ərazisindəki ticarət mərkəzində atəş açıldığı barədə məlumat daxil olub. Sonradan məlum olub ki, atəş açan 14 yaşlı yeniyetmədir və o, müqavimət göstərmədən polisə təslim olub.