Azərbaycanlı milyoner Telman İsmayılov Ukraynanın Odessa şəhərində bazar almaq istəyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “7-ci kilometr” adlanan bu bazar ölkənin ən böyük topdan və pərakəndə satış məkanlarından biridir.
İsmayılovun həmin ərazidə ikinci “Çerkizovo” bazarını yaradacağı deyilir.
Məlumata görə, o, anoloji obyekti yaxşı münasibətlərdə olduğu Ramzan Kadırova arxalanaraq Qroznuda açmaq istəyirmiş. Amma sonradan Rusiya onun haqqında beynəlxalq axtarış verdiyinə görə bu fikrindən daşınıb.