Lüksemburq sakininin başına maraqlı iş gəlib.
Lent.az-ın xəbərinə görə, o, avtomobilin təkərini səkiyə vuraraq zədələyib. Bundan sonra o, boşalmış təkəri avtomobildəki yanğınsöndürən balonla doldurmağa cəhd edib.
Onun bu hərəkəti ərazidə xidmət aparan polisin diqqətindən qaçmayıb. Köməyə gələn polis sürücünün sərxoş olduğunu müəyyən edib.
Beləliklə, sürücünün vəsiqəsi alınıb, avtomobil cərimə meydançasına aparılıb. Onun davranışına məhkəmə qiymət verəcək.