Təəssüf edirəm ki, Ukraynanı nüvə silahından imtina etməyə inandırdım- Klinton
05 aprel 2023 02:40 (UTC +04:00)

Təəssüf edirəm ki, Ukraynanı nüvə silahından imtina etməyə inandırdım- Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bildirib ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayarkən Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına təəssüflənir.

Lent.az-ın xəbərinə görə, Klinton bunu İrlandiyanın RTE telekanalına müsahibəsində deyib.


“Bu işdə bilavasitə iştirak etmişəm. Onları (Ukrayna) nüvə silahından imtina etməyə razılaşdırdım”, - Klinton iddia edir.

Amerikanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya müharibəyə başlamazdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar