Təbii fəlakət nəticəsində həlak olanların sayı 80-ə çatıb
12 dekabr 2021 07:14 (UTC +04:00)

Təbii fəlakət nəticəsində həlak olanların sayı 80-ə çatıb

ABŞ-da ötən gün bas vermiş tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb.

Lent.az-ın xəbərinə görə, ölüm halları 5 ştatda qeydə alınıb. Ən ciddi dağıntı və tələfat Kentukki ştatında müşahidə olunub. 

ABŞ Prezidenti Co Bayden bu hadisəni ölkə tarixindəki ən dəhşətli tornadolardan biri kimi xarakterizə edib. Kentukki ştatının qubernatoru əhalini qan verməyə çağırıb. Xəsarət alanların dəqiq statistikası məlum deyil. 

***

21.01

ABŞ-ın Kentukki ştatında təbii fəlakət insan tələfatına səbəb olub.

APA-nın xəbərinə görə, tornado nəticəsində azı 70 nəfər dünyasını dəyişib.
Ştatın qubernatorunun sözlərinə görə, ölənlərin sayının artacağı istisna olunmur. Bir neçə yaşayış məntəqəsində ciddi dağıntılar qeydə alınıb. Təbii fəlakət regionunda fövqəladə vəziyyət elan edilib. Tornadonun fəsadlarının aradan qaldırılmasına ordu da cəlb olunub. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar