Meksikanın cənubundakı Çapas ştatında jurnalist öldürülüb.
Lent.az xarici mediaya istinadən məlumatına görə, ölkənin məşhur jurnalistlərindən olan 62 yaşlı Lopes Arevalo avtomobildən düşərkən naməlum şəxslər tərəfindən güllələnib. Arevalo təkcə ölkəsinin məşhur jurnalisti deyil, eyni zamanda dünyanın bir çox aparıcı KİV-i ilə əməkdaşlıq edirdi.
O, hərbi konfliktləri işıqlandırmaq üzrə dünyanın tanınmış jurnalistlərindən idi.
Qeyd edək ki, L. Arevalo Meksikanın ən böyük xəbər agentliklərindən olan “Maya Press”in yaradıcı idi.
Lopes Aravelo