Əfqanıstanda Taliban üzvü məşhur komediya ustası Nazar Məhəmmədinin boğazını kəsib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yaraqlı aktyoru insanları güldürməyin “haram” olduğu səbəbi ilə öldürüb.
Məlumatda deyilir ki, ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Taliban qüvvələri ölkədə fəallaşdığından, özlərinə məxsus qaydaları tətbiq etməkdə israrlıdılar.
Sevinc Fərid