“Taliban” Pəncşirin daha 2 bölgəsini ələ keçirdi
04 sentyabr 2021 11:51 (UTC +04:00)

“Taliban” Pəncşirin daha 2 bölgəsini ələ keçirdi

 

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri Pəncşir vilayətinin daha 2 bölgəni nəzarətə götürdüklərini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarətinə keçib. Ələ keçirilən Hinc bölgəsi strateji əhəmiyyətli ərazi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443

Oxşar yazılar