SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova qarşı 1987-ci ildə sui-qəsd etmək istəyiblər.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, KQB-yə Qorbaçovun həyatına may ayında sui-qəsd olunacağı xəbəri daxil olub.
Quruma o da məlum olub ki, Qorbaçova qarşı qəsdi gürcü kriminal qruplaşmasının Kutaisi klanı həyata keçirəcək. Plana görə, onu killer Teymuraz Abaidze aradan götürməliydi. Sonradan sübut olunub ki, həqiqətən gürcü mafioz Kuçuuri Qorbaçovu sifariş veribmiş. Amma orqanlar qəsdin qarşısını ala biliblər.
Ələ keçən killer isə çox yaşamayıb. Onu həbsxanada zəhərləyərək öldürüblər.