ABŞ Şimali Koreyanın Rusiya Federasiyasına silah yardımı etdiyinə dair sübutları BMT-yə təqdim edib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi noyabrın 18-də Vaşinqtonda jurnalistlərə peykdən çəkilmiş görüntüləri nümayiş etdirib.
“Ertəsi gün Şimali Koreya bu vaqonları, konteynerləri yüklədi, bundan sonra qatar Rusiyaya qayıtdı” – Kirbi deyib.